Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirir.
Məlumata görə, şuranın iclasında miqrasiya sahəsində milli təhlükəsizlik məsələlərinin təmin olunması və ictimai-siyasi məsələlər müzakirə olunacaq.
İclas videokonfrans formatında keçirilir.
Qeyd edək ki, bu, Rusiya Təhlükəsizlik Şurasının may ayından bəri ilk geniştərkibli iclasıdır.