İran hakimiyyəti son həftələr ərzində ölkədə baş vermiş iğtişaşlara görə 14 xarici vətəndaşı həbs edib.
Bu barədə "Fars" agentliyi məlumat yayıb.
Bildirilib ki, həbs edilən şəxslər ABŞ, Rusiya, Avstriya, Fransa, Böyük Britaniya və Əfqanıstan vətəndaşlarıdır.
"Həbs edilənlərin çoxu Əfqanıstan vətəndaşlarıdır", - məlumatda deyilir.
Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümü kütləvi etiraz aksiyalarına səbəb olub. Polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalan qızın ölümünə görə keçirilən aksiyalara dünyanın əksər ölkələrindən dəstək verilib.