Rusiyanın Federal Turizm Agentliyi ləğv olunub.
Senzor.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Qeyd olunur ki, qurum turizm sahəsində fəaliyyətin və dövlət idarəetməsinin təkmilləşdirilməsi məqsədilə ləğv edilir.
Agentliyin səlahiyyətləri Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə verilir.
Qeyd edək ki, Rusiya Federal Turizm Agentliyi 2004-cü ildə təsis edilmişdi.