“20-dən çox ölkə İrana yerli istehsal olan pilotsuz uçuş aparatlarının alınması ilə bağlı müraciət edib”.
“Tasnim” xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və İranın Ali rəhbəri Ayətullah Xameneyinin baş hərbi köməkçisi general-mayor Yəhya Rahim Səfəvi deyib.
Qeyd olunub ki, İranın pilotsuz uçuş aparatlarını almaq istəyən ölkələr sırasında Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair kimi ölkələr var.