“Ukraynanın digər vilayətlərində olduğu kimi Donetsk vilayətində də çoxmillətli şəhərlərimiz var. Bu az saylı millətlər arasında azərbaycanlılar çox fəaldırlar”.
Bunu açıqlamasında Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
O qeyd edib ki, Ukrayna vətəndaşı olan azərbaycanlılar müharibə başlayanda vilayəti tərk etməyiblər:
“Bizim azərbaycanlı sakinlərimizin müharibə müddətində nəinki buranı tərk etmədi, hətta bəzilərindən fərqli olaraq öz ikinci vətənlərini müdafiə etməyə başladılar. Onların çoxu Ukrayna ərazisində doğulmayıblar, amma uzun illərdir burada yaşayırlar və buranı ikinci vətən hesab edirlər. Bu cür hallar burada çoxdur. Ukrayna onun uğrunda döyüşən vətənpərvərlərə həmişə minnətdardır. Mütləq deyil milliyətcə ukraynalı olsun, əsas odur o milliyətindən asılı olmayaraq yaşadığı suveren Ukraynanı sevən insandır”, -deyə, o, əlavə edib.