BMT Təhlükəsizlik Şurası Haitiyə qarşı sanksiya qətnaməsini qəbul edib.
Bu barədə TASS xəbər verir.
Haitiyə qarşı qətnamə yekdilliklə qəbul edilib. Sanksiya silahlı qrupların liderlərinin aktivlərinin dondurulmasını, eləcə də onların xarici səfərlərinə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur, həmçinin bu birləşmələrə və onlarla əlaqəli təşkilatlara silah satışına və verilməsinə embarqo qoyulur.
Təhlükəsizlik Şurasının bütün üzvləri, o cümlədən Rusiya və Çin sənədin lehinə səs verib.