Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalardan yayınmanın qarşısını almaq üçün xüsusi nümayəndə təyin edə bilər.
TASS xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin Brüsseldə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
“Bizim sanksiyalar üzrə xüsusi nümayəndə təyin etmək fikrimiz var, çünki təcrübəmizə əsaslanaraq bunun çox faydalı olduğunu söyləyə bilərəm”, - o bildirib.
Onun sözlərinə görə, Aİ Brüsselin mövqeyini aydınlaşdırmaq və Rusiyaya qarşı sanksiyalardan yayınmaq məsələsində səbirli olmayacağını göstərmək üçün bu nümayəndəni, məsələn, üçüncü ölkələrə (Aİ üzvü olmayan) göndərəcək.