Belarus Prezidenti Aleksandr Lukaşenko Brest vilayətindəki Obuz-Lesnovski hərbi poliqonuna baş çəkib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, burada “Qoskomvoenprom” şirkətinin əməkdaşları ona Belarusda istehsal olunan pilotsuz uçuş aparatlarını və digər “perspektivli işləri” nümayiş etdiriblər.
A.Lukaşenko “Mirotvores” pilotsuz təyyarəsinə və digər avadanlıqlara baxış keçirib. O, “Qoskomvoenprom”un işçilərindən birinə müraciət edərək narazılıq bildirib: “Sən axı boş yerə nümunəni bir nüsxədə göstərmirsən? İstənilən bir nümunə indi cəbhədədir – onlar döyüşür? Allah eləməsin, mənə xəbər etsinlər ki, sən burada özünü göstərməklə məşğul olmusan - bu, fəlakətdir”.
Onun sözlərinə görə, dronlar onları almağa razı olan ölkələrə tədarük olunacaq. Bununla belə, Lukaşenko Belarus istehsalı olan pilotsuz təyyarələrin Ukraynada olmasını “arzuolunmaz” adlandırıb.
“Kim alırsa, biz ona da satacağıq. Təbii ki, nümunələrimizin Ukraynada döyüşməsi arzuolunmazdır: necə də olsa, orada özümüzünkülərdir”, - deyə o əlavə edib.