Çinin sabiq rəhbəri Kommunist Partiyasının qurultayından zorla çıxarıldı - VİDEO, FOTO

Çin Xalq Respublikasının (ÇXR) sabiq rəhbəri Xu Szintao Kommunist Partiyasının qurultayından zorla çıxarılıb.

 

Senzor.az bildirir ki, sosial şəbəkələrdə bunu özündə əks etdirən videogörüntülər yayılıb.

 

Belə ki, videoda da göründüyü kimi, Xu Szintao oturduğu yeri tərk etmək istəmir.

 

Kommunist Partiyasının XX qurultayının axırıncı günü, iclas zamanı 2 nəfər yaxınlaşaraq, Çinin Xalq Respublikasının hazırkı rəhbəri Si Cinpinin yanında əyləşən 79 yaşlı siyasətçini zaldan çıxarır.

Xatırladaq ki, Çin Kommunist Partiyasının (ÇKP) növbəti qurultayı başa çatıb. Oktyabrın 22-də qurultayın bağlanış iclası keçirilib. ÇKP-nin Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin sədrlik etdiyi iclasda Mərkəzi Komitənin və partiyanın Mərkəzi İntizam Nəzarəti Komitəsinin hesabat məruzələri, nizamnaməyə dəyişiklər təsdiqlənib. Bundan başqa, partiyanın Mərkəzi Komitəsinin 205 nəfərlik yeni tərkibi, habelə Mərkəzi İntizam Nəzarəti Komitəsinin tərkibi formalaşdırılıb. Bəzi media orqanları Dövlət Şurasının hazırkı sədri (Baş nazir) Li Keçyanın, ali qanunverici orqan olan Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun, məşvərətçi orqan olan Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanın, baş nazirin müavinləri Han Cenin və Liu Henin adının Mərkəzi Komitənin yeni tərkibində olmadığı barədə məlumatlar yayıb. Bu o deməkdir ki, həmin şəxslər Xalq Nümayəndələri Yığıncağının növbəti illik iclasında (adətən mart ayının əvvəlində keçirilir) vəzifələrinin icrasını başa vuracaqlar. 

ÇKP-nin Mərkəzi Komitəsinin oktyabrın 23-də keçiriləcək ilk plenumunda Mərkəzi Komitənin 205 nəfər yeni üzvü arasından 25 nəfər Komitənin Siyasi Bürosunun tərkibinə, onlar arasından 7 nəfər isə Siyasi Büronun Daimi Komitəsinə üzv seçiləcək. Mərkəzi Komitənin Siyasi Bürosunun Daimi Komitəsi partiyanın ən yüksək səviyyədə idarəetmə orqanıdır. Plenumda Daimi Komitənin 7 üzvündən biri Çin Kommunist Partiyasının rəhbəri (Mərkəzi Komitənin baş katibi) seçiləcək. ÇKP-nin Mərkəzi Komitəsinin baş katibi seçilən şəxs Çinin ali qanunverici orqanının növbəti illik iclasında Çin Xalq Respublikasının sədri vəzifəsinə yeganə namizəd olur. Qanunverici orqanın həmin iclasında baş nazir, Xalq Nümayəndələri Yığıncağının sədri, Xalq Siyasi Məşvərət Şurasının sədri, baş nazirin müavini məhz Siyasi Büronun Daimi Komitəsinin üzvləri arasından müəyyən olunur.

 

Qeyd edək ki, oktyabrın 17-də başlayan Çin Kommunist Partiyasının 20-ci qurultayında təxminən 2 min 300 nümayəndə və xüsusi dəvət olunmuş şəxs iştirak edib. Qurultay nümayəndələri 96 milyondan çox üzvü olan ÇKP-nin 4,9 milyon ərazi ilk təşkilatını təmsil edib. 1921-ci ildə yaradılan Çin Kommunist Partiyası 28 illik mübarizədən sonra inqilab sayəsində hakimiyyətə gəlib və 1949-cu ildə Çin Xalq Respublikası yaradılıb. ÇKP üzvlərinin sayına görə dünyada ən böyük siyasi partiyalardan biridir. Ali orqanı beş ildən bir keçirilən qurultaydır.



 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.