Polşanın müdafiə naziri Mariuş Blaşçak ilə Cənubi Koreyanın müdafiə naziri arasında oktyabrın 22-nə planlaşdırılan görüş ləğv edilib.
Bu barədə rossaprimavera.ru nəşri məlumat yayıb.
Buna səbəb Çinin Seula uçuş üçün Polşa nazirinin təyyarəsini öz hava məkanına buraxmaması olub.
Qadağa müdafiə nazirlərinin şəxsən görüşməsini mümkünsüz edib. Nəticədə onlar videokonfrans vasitəsilə əlaqə saxlamalı olublar.
Rəsmi açıqlamada Polşa Müdafiə Nazirliyi görüşün təyyarənin nasazlığı səbəbindən baş tutmadığını bildirib.