İrkutskda "Su-30" hərbi təyyarəsinin qəzaya uğramasının əsas versiyaları texniki nasazlıq və ekipajın səhvidir.
TASS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
"İstintaq hadisənin texniki nasazlıq və pilotun səhvi ucbatından baş verməsi ehtimallarını nəzərdən keçirir", - məlumatda deyilir.