Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində indiyədək 90-dan çox yaşayış məntəqəsini azad edib.
“RBC-Ukrayna” xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığı məlumat verib.
Bildirilib ki, hazırda Ukraynanın azad edilmiş ərazilərdə vəziyyətin sabitləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
“Cənub” Əməliyyat Komandanlığı məlumat verib ki, azad edilmiş yaşayış məntəqələrində 12 minə yaxın insanın yaşayır.
Xatırladaq ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirmişdi ki, bu ölkənin Silahlı Qüvvələri ilin sonuna qədər Xerson vilayətini tamamilə azad edəcək.