Ağ Evin bağçasında Prezident iqamətgahı ərazisinin nəzarətçisi Deyl Heyninin xidməti fəaliyyətinin 50 illiyi şərəfinə ağacəkmə mərasimi keçirilib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, tədbirdə iştirak edən ABŞ Prezidenti Co Bayden mərasimdən sonra yolu səhv salıb.
Bununla bağlı yayılan görüntülərdə 79 yaşlı Amerika liderinin ağac əkdikdən sonra çıxışa yox, bağın dərinliyinə doğru irəlilədiyi görünür. Sonra o dayanır və mühafizəçilərdən, “Hara getməliyəm?” - deyə soruşur.
Ona doğru yol göstərildikdən sonra Bayden bununla bağlı zarafat edir. Əvvəlcə başqa yolla getmək istədiyini bildirən Prezident hərəkətlərini seçməkdə “çox sərbəstliyə sahib olduğunu” əlavə edir.
Bundan sonra o, həyat yoldaşı Cil Baydenlə birlikdə çıxışa doğru yollanır.