Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın yeni Baş naziri Rişi Sunakla telefon danışıqları aparıb və onu Ukraynaya dəvət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə dövlət başçısı xalqa ənənəvi müraciətində özü danışıb.
“Baş nazirin ilk zəngini Ukraynaya etməsini yüksək qiymətləndirirəm. Mən həmişə Böyük Britaniya xalqına dəstəyə görə minnətdaram”, - Zelenski bəyan edib.
Onun sözlərinə görə, Ukrayna və Britaniya indiyədək ən yaxşı münasibətlərə nail olublar, lakin əməkdaşlığı gücləndirmək üçün hələ də potensial var.
Qeyd edək ki, Hindistan əsilli 43 yaşlı Rişi Sunakın Baş nazir seçilməsi Britaniya investorları və iqtisadiçıları tərəfindən müsbət qarşılanıb.
Rişi Sunak isə ölkəni dərin iqtisadi böhrandan çıxaracağına və siyasətə inamı bərpa edəcəyinə söz verib.