İtaliyanın qadın Baş nazirindən gözlənilməz tələb
“MƏNƏ KİŞİ KİMİ MÜRACİƏT OLUNSUN!”

İtaliyada hökumətə başçılıq edən ilk qadın olan Corc Meloni yeni vəzifəsində ona kişi kimi müraciət edilməsini tələb edib.

 

TASS bildirir ki, cümə günü ölkənin nazirlik və digər qurumlarına göndərilən sənəddə baş nazirə “cənab Nazirlər Şurasının sədri” kimi müraciət edilməli olduğu göstərilib.

 

Qeyd edək ki, Meloni həmişə kişiyə xas olan müəyyən edilmiş vəzifə adlarını “qadınlaşdırmağın” əleyhinə çıxış edib. Onun rəhbərlik etdiyi partiyanın adı da “İtaliya qardaşları”dır. Hökumət başçısının kabinetində 24 nazirdən cəmi 6-sı qadındır.

 

Eyni zamanda, Meloni mitinqlərin birində “mən qadınam, mən xristianam, mən anayam” ifadəsi ilə məşhurlaşıb. O, uşağın doğum sənədlərindəki “ata” və “ana” sətirlərinin “valideyn 1”, “valideyn 2” ilə əvəzlənməsi cəhdlərini pisləyib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.