Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasında silsilə partlayışlar baş verib, bir neçə hərbi gəmi məhv edilib.
UNIAN bildirir ki, bu barədə hərbi jurnalist Andrey Çaplienko məlumat verib.
Qeyd olunub ki, Sevastopol buxtası tamamilə bağlanıb, əraziyə giriş qadağan edilib.
Məlumata görə, Rusiyanın Qara Dəniz Donanmasının "Moskva" hərbi gəmisinin batırılmasından sonra yeni flaqmanı olan "Admiral Makarov" freqatı da məhv edilənlər sırasındadır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı informasiyanı hələ təsdiqləməyib.