Türkiyənin İDDEF (İnsana Dəyər verən Dərnəklər Fedarasiyonu) xeyriyyə fondu Əfqanıstanda beş mədrəsə inşa etdirəcək.
“Sputnik Əfqanıstan”ın məlumatına görə, artıq bununla əlaqədar “Taliban” hökumətinin Təhsil Nazirliyinin rəhbəri Həbibulla Ağa ilə Fondun rəhbəri Məhəmməd Turan arasında anlaşma memorandumu imzalanıb.
Qeyd olunur ki, hər mədrəsə kompleksinin məscidi, ayrıca içməli su sistemi olacaq.