Ermənistanın baş naziri Nikol Paşinyan İranın paytaxtı Tehrana işgüzar səfərə yola düşüb.
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə baş nazirin mətbuat xidmətindən məlumat verilib.
N.Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, N.Paşinyan sonuncu dəfə İranda işgüzar səfərdə 2021-ci ilin avqustunda olmuşdu.