“Taliban” Əfqanıstanda qadınlardan ibarət milli polis bölməsi yaradıb.
Bu barədə ölkənin "TOLOnews" agentliyi məlumat yayıb.
Bölmədə işləmək üçün “Taliban” hakimiyyətə gələnə qədər Əfqanıstan Daxili İşlər Nazirliyində işləyən qadınlar işə götürülüb. Hazırda bölmədə 100-ə yaxın qadın təlim keçir.
Əfqanıstanda qadın hüquqları uğrunda mübarizə aparan Mühadis Amin deyib ki, “Taliban” bu yolla etiraz aksiyalarında qadınlara qarşı qəddarlığa ictimai reaksiyanı cilovlamaq istəyir.
Agentlik qeyd edib ki, bölmə etirazlar üzərində işləyəcək və aksiyalarda iştirak edən əfqanlarla qarşılıqlı əlaqədə olacaqlar.