Şimali Koreya Yapon dənizi istiqamətinə müxtəlif növ raketlər buraxdı

Şimali Koreya çərşənbə günü Yapon dənizi istiqamətinə azı 10 ədəd müxtəlif növ raket buraxıb.

 

Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

 

Raketlərin növləri haqqında tam məlumat verilmir.

 

TASS bildirir ki, bundan əvvəl KXDR-in Yapon dənizinə doğru üç yaxınmənzilli ballistik raket atdığı barədə məlumat yayılıb.

 

Üç raketdən biri ilk olaraq Seulun de-fakto sərhədi hesab etdiyi şimal sərhəd xəttinin cənubuna, Koreya Respublikasının ərazi sularının yaxınlığına düşüb.

 

Koreya Respublikasının qərargah rəisləri komitəsi bu cür hərəkətləri qəbuledilməz adlandırıb.

 

Raketlərin atılması ilə bağlı xəbərlərdən sonra Cənubi Koreya Prezidenti Yun Sok-Yol Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Daha sonra Prezidentin ofisi məlumat verib ki, o, KXDR-in “təxribatlarının əvəzini ödəməsi” üçün tədbirlər görülməsi barədə göstəriş verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.