ABŞ Prezidenti Cozef Bayden Floridada çıxış edərkən Ukraynanı İraqla səhv salıb.
Bu barədə TASS xəbər yayıb.
“Hazırda İraqdakı müharibə və Rusiyanın hərəkətləri səbəbindən neftə təsirlər inflyasiyanı qlobal problemə çevirib” - deyən Bayden daha sonra səhvini düzəldib - “Bağışlayın, Ukraynadakı müharibə”.
“Oğlum orada öldüyü üçün İraq haqqında düşünürəm. Buna görə öldü”, - deyə o, əlavə edib.
“Report” xatırladır ki, Baydenin böyük oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. 2015-ci ildə ABŞ-da xəstəxanaya yerləşdirildikdən sonra beyin xərçəngindən 46 yaşında vəfat edib.
Prezident daha əvvəl etiraf edib ki, oğlunun xərçəng xəstəliyinə tutulmasına səbəb ABŞ-ın hərbi obyektlərində, o cümlədən İraqda tullantıların yandırılması zamanı buraxılan zəhərli maddələrin təsiri ola bilər.