Pakistanın keçmiş baş nazirinə qarşı sui-qəsd – 1 ÖLÜ, 13 YARALI
YENİLƏNİB

Pakistanın keçmiş baş naziri İmran Xana qarşı Qucranvala rayonunda sui-qəsd nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

 

Bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.

 

İmran Xan sağ ayağından aldığı yara ilə Lahordakı xəstəxanaya aparılıb.

 

Həkimlər siyasətçinin həyatına təhlükə olmadığı qənaətindədirlər.

 

**17:34


Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd edən şəxs saxlanılıb.


Xarici media xəbər verir ki, onun kimliyi hələ ki, açıqlanmayıb.


Pakistanın Baş naziri Şahbaz Şərif İ.Xana qarşı sui-qəsd cəhdini pisləyib.


“İmran Xanın atəşə tutulması hadisəsini ən sərt sözlərlə qınayıram. Mən daxili işlər nazirinə hadisə ilə bağlı dərhal məlumat verməsini tapşırdım. İmran Xanın və digər yaralıların sağalması üçün dua edirəm”, - hökumət başçısı tviterdə yazıb.


Ş.Şərif, həmçinin bildirib ki, ölkə siyasətində zorakılığa yer olmamalıdır.

**16:07

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.


Bunu Pakistan mətbuatı yazıb.


Hadisə nəticəsində sabiq hökumət başçısının ayağından yaralandığı bildirilib. 


Məlumata görə, ondan başqa daha 4 nəfər də xəsarət alıb. 


Hadisənin təfərrüatı hələ məlum deyil.


Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.