ABŞ prezidenti Co Baydenin tərəfdarları demokratlara dəstək kampaniyası zamanı onu İrandakı etirazlara diqqət yetirməyə çağırıblar.
Amerika lideri isə buna cavab olaraq bəyan edib ki, ABŞ İranı azad etmək niyyətindədir.
Bu barədə Associated Press məlumat yayıb.
Ağ Ev rəhbəri bu qalmaqallı açıqlamanı aksiya iştirakçıları əllərində “FREE IRAN” (Azad İran) yazısı olan mobil telefonlar tutarkən deyib.
"Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özləri özlərini azad edəcəklər", - Bayden deyib.