Meksikanın qərb sahillərində Rixter cədvəli ilə 5,8 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Sonora ştatı sahillərində, Eroika-Quaymas şəhərindən 129 kilometr qərbdə qeydə alınıb.
Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində olub. Hadisə nəticəsində hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib.
Sunami təhlükəsinin olmadığı deyilir.