Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə siyasətçinin anası Giuli Alasania məlumat verib.
Məlumata görə, Saakaşvili mart ayından bəri çox çəki itirib və mütəmadi olaraq qızdırması qalxır.
O əlavə edib ki, həkimlər çox çalışsalar da, xəstəliyin səbəbini müəyyən edə bilməyiblər. Saakaşvilinin vəziyyəti getdikcə ağırlaşır.