Çinin “Long March 5B” raketi Sakit Okeanın orta cənub bölgəsindən atmosferə girərək Yerə düşüb.
Bu barədə ABŞ Kosmik Komandanlığının “Twitter”də verdiyi açıqlamada qeyd edilir.
Çin bununla bağlı açıqlama verməyib. ABŞ-ın bəyanatına görə, atmosferə daxil olma vaxtı 13:01 olaraq qeyd edilib.
Son modulu Çinin “Tianqonq” Kosmik Stansiyasına daşımaq üçün oktyabrın 31-də buraxılan 20 tonluq raketin Yerə qayıtması narahatlıq yaradıb.
Nəzarətdən çıxan “Long March 5B” adlı raket daşıyıcısı Yer ətrafında saatda 28 min kilometr sürətlə fırlanaraq dünyaya girişini tamamlayıb.