Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 632,43 milyona çatıb.
Bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Məlumata görə, virusun yayılmasının başlanğıcından indiyədək 6,6 milyon insan COVID-19 infeksiyasının nəticələrindən dünyasını dəyişib.
Virusa 30 milyondan çox yoluxmanın olduğu ölkələr ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyadır.
“Worldometers” portalının məlumatına görə, bazar günü səhər saatlarına planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 847,4 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3 276, Hindistanda 376, Fransada 2 397, Braziliyada 3 186, Almaniyada 1 831 nəfər ölüb.