Almaniya kanslerinin partiyası İrana qarşı sanksiyaları genişləndirməyə çağırdı
BƏYANAT

Almaniyada hakim koalisiyaya daxil olan və kansler Olaf Şoltsun liderlik etdiyi Sosial Demokrat Partiyası (SDP) İran hakimiyyətinin nümayişçilərə qarşı hərəkətlərini pisləyib və ölkəyə qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb.

 

TASS bildirir ki, bu barədə tələb bazar günü partiyanın qurultayının yekununda qəbul edilmiş bəyanatında yer alıb.

 

“Yüzlərlə ölüm, siyasi sui-qəsdlər, saysız-hesabsız yaralananlar və ölüm cəzasına qədər ağır cəzaya məruz qalan on minlərlə məhbus İran rejiminin qeyri-insani ideologiyasının və zorakılığının yeni ifadəsidir”, - deyə bəyanatda bildirilib.

 

Sənəddə vurğulanır ki, İran hakimiyyətinin hərəkətlərinə diplomatik etiraz üçün bütün kanallardan istifadə edilməlidir.

 

“İran xalqının azadlığı kobud güclə məhdudlaşdırıldıqca İran hakimiyyəti ilə normal münasibətlər ola bilməz”, - bəyanatda qeyd olunur.

 

SDP üzvlərinin fikrincə, Almaniya hökuməti BMT İnsan Haqları Şurasının İranda insan haqları pozuntuları ilə bağlı müstəqil araşdırma aparmaq qərarına gəlməsini də təmin etməlidir. Həmçinin, iranlıların Almaniyadan deportasiyası növbəti xəbərdarlığa qədər dayandırılmalı, həssas şəxslər üçün vizaların alınması proseduru sadələşdirilməlidir.

 

Bəyanat, həmçinin nüvə sazişinə sadiq qalmağa çağırır. SDP-nin həmsədri Lars Klinqbeylin fikrincə, İran nüvə silahına malik olmamalıdır.

 

“İranın gələcəkdə nüvə silahı yaratmaq qabiliyyətinə yiyələnməsi İranın özündə, bütövlükdə Yaxın Şərqdə insanların sülh və təhlükəsizliyinə və ən azı İsrailin mövcudluğuna təhdid deməkdir”, - sənəddə vurğulanır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.