Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək.
Bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko deyib.
O bildirib ki, təhlükəsizlik tədbirlərinə görə səfərin dəqiq tarixi açıqlanmır:
“Amma səfər mütləq baş tutacaq”.
Qeyd edək ki, R.Sunak oktyabrın 25-də ölkənin yeni baş naziri təyin edilib.
Xatırladaq ki, o, hələ seçki kampaniyası dövründə ilk xarici səfərinin Ukraynaya edəcəyini demişdi.(“Report”)