Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop İsveçin Baş naziri Ulf Kristersonla görüşüb.
Senzor.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
Onun sözlərinə görə, görüş zamanı NATO-nun genişləndirilməsi məsələsi müzakirə olunub, həmçinin terrorla mübarizə sahəsində nəticələrin əldə olunmasının vacibliyi vurğulanıb:
"Türkiyə 70 ildir NATO-nun gücünü qoruyan iki hərbi gücdən biridir. Bir çox Avropa ölkəsindən fərqli olaraq, Türkiyənin NATO-dakı mövcudluğu simvolik xarakter daşımır. Türkiyə Alyansa təhlükəsizlik dəstəyi verən ölkədir".
Türkiyə Böyük Millət Məclisinin sədri İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün ən qısa zamanda uğurlu nəticələrlə həll olunacağına ümidini ifadə edib.