Rusiya İrandan PUA-ları tək pulla almayıb...
SENSASİON İDDİA

Rusiya Ukraynaya hücum etmək üçün istifadə etdiyi pilotsuz uçuş aparatlarına (PUA) görə İrana 140 milyon avro nağd pul ödəyib.

 

Bu barədə Britaniyanın "Sky news" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, İrana yalnız pul vəsaiti verilməyib. Moskva PUA-ların müqabilində Tehrana Ukrayna ilə müharibədə ələ keçirdiyi bir sıra Qərb silahlarını da təhvil verib. Bunlara əsasən Britaniya və Amerika silahları daxildir.

 

Britaniya telekanalı 20 avqust 2022-ci ildə Tehranda iki İl-76 təyyarəsinin hərəkətini əks etdirən görüntülər əldə edib. Ukraynada ələ keçirilən silah nümunələrinin məhz bu təyyarələrdə daşındığı iddia edilir.

 

Məlumata görə, Rusiya İrana Britaniyanın NLAW tank əleyhinə raketini, Amerikanın “Javelin” tank əleyhinə raketini və “Stinger” zenit raketini verib.

 

Modern.az telekanala istinadən bildirir ki, son günlər İran və Rusiya arasında 200 milyon avro dəyərində PUA-ların gələcək tədarükü haqqında razılıq əldə olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.