Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir
FOTO

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.

 

Senzor.az bildirir ki, bu barədə təşkilat məlumat yayıb.

 

Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir. TDT-də müşahidəçi statusu ilə təmsil olunan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da iclasa qatılıb.

 

Toplantıda TDT-yə üzv ölkələrin liderlərinin sabah, noyabrın 11-də Səmərqənddə keçiriləcək zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.

 

Qeyd edək ki, TDT liderlərinin sammitində təşkilatın gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olunacaq.

 

Həmçinin toplantıda 2009-cu il oktyabrın 3-də TDT-nin Naxçıvanda keçirilmiş iclasından sonra qəbul olunmuş sənədə düzəlişlər edilməsi nəzərdə tutulur.

 

Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Türk Dünyasının ali medalı" və Özbəkistanın Milli medalı təqdim olunacaq.

 

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.