“Mən qapıları çırpmamışam” - ZELENSKİ PUTİNLƏ DANIŞIQLARI MÜMKÜN SAYIR

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, o, Rusiya lideri Vladimir Putinlə danışıqlardan imtina etməyib. Bununla yanaşı, Zelenski Moskvanın Kiyevin şərtləri ilə sülh bağlamaq istəyini görmədiyini qeyd edib.

  

Ukrayna Prezidenti CNN telekanalına müsahibəsində deyib ki, onun oktyabrda Putinlə diplomatiyaya keçməkdən imtina ilə bağlı imzaladığı fərman Rusiya ritorikasının dəyişməsini istisna etmir.

  

"Mən qapıları çırpmamışam. Demişəm ki, biz Rusiya ilə danışmağa hazırıq, amma başqa bir Rusiya ilə. Hansı ki, həqiqətən sülhə, işğalçı olduğunu etiraf etməyə hazır olan bir Rusiya ilə", - Zelenski bildirib.

  

Zelenski eyni zamanda ədalətin bərqərar olması üçün Ukraynanın bütün ərazilərinin, o cümlədən 2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılmasında israrlı olduğuna işarə edib.

 

"Amma indiyə qədər mən Rusiya Federasiyasından ərazilərin geri qaytarılacağı barədə bəyanatlar eşitməmişəm - nə Putindən, nə də başqalarından", - deyə Ukrayna Prezidenti fikrini yekunlaşdırıb.

 

“Politico” yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Vladimir Putin dövründə Rusiya Federasiyası ilə sülh danışıqlarına dair iddia edilən yeni mövqeyi Bayden administrasiyasının yumşaq hərəkəti ilə bağlıdır.

  

Daha sonra Ukrayna mətbuatı bu məlumatı təkzib edib. Mənbələr əmin ediblər ki, “sülhə” meyl yoxdur. 

 

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə bildirib ki, Vaşinqton Moskvanın Ukrayna ilə danışıqlarda iştiraka hazır olduğuna dair heç bir əlamət görmür. Eyni zamanda ABŞ Prezidenti Co Bayden Rusiya ilə danışıqlar məsələsinin Ukraynadan asılı olduğunu bildirib.(modern.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.