Rusiya prezidenti Vladimir Putinin G20 sammitinə getməmək qərarı onun iş qrafiki ilə bağlıdır.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu, eyni zamanda Putinin Rusiya Federasiyasında olmasının zəruriliyi ilə bağlıdır.
Peskov həmçinin bildirib ki, Rusiya prezidentinin sammit iştirakçılarına videomüraciəti nəzərdə tutulmayıb.