Polşa və Gürcüstan birgə PUA istehsal edəcək

Polşa və Gürcüstan yaxın gələcəkdə birgə pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.


Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.


Bildirilib ki, bu gün Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze “Delta-Webe” Gürcüstan-Polşa şirkətinin pilotsuz uçuş aparatları zavodunun tikintisi ilə tanış olub. Müdafiə naziri Burçuladze qeyd edib ki, müəssisə yaxın vaxtlarda Gürcüstan istehsalı olan PUA-ları istehsal edəcək.


“Delta-Webe” Gürcüstan-Polşa şirkəti Polşanın "WB Electronics" şirkəti və Gürcüstanın "Delta" dövlət hərbi elmi-texniki mərkəzi arasında imzalanmış müqavilə əsasında yaradılıb. Sözügedən müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı mövzusunda birgə çalışacaqlar.


Nazirlik bildirib ki, mərkəzin peşəkar təlimatçıları Müdafiə Qüvvələrinin müvafiq şəxsi heyətini də hazırlayacaqlar.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.