ABŞ Prezidenti Cozef Bayden Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitlərində iştirak etmək üçün şənbə günü Pnompenə gəlib.
TASS xəbər verir ki, bu barədə Kambocanın İnformasiya Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti ASEAN-ın 40-cı və 41-ci sammitlərində və əlaqədar tədbirlərdə iştirak etmək üçün yerli vaxtla saat 08:10-da (Bakı vaxtı ilə 05:10) Kambocaya gedib.
Bayden ABŞ-ASEAN sammitində və Şərqi Asiya sammitində də iştirak edəcək. Noyabrın 13-də onun Yaponiyanın Baş naziri Fumio Kisida və Koreya Respublikasının Prezidenti Yun Sok Yol ilə ikitərəfli görüşləri gözlənilir. Bayden həmçinin Hind-Sakit okean regionunda əməkdaşlığı daha da gücləndirmək üçün Yaponiyanın baş naziri və Cənubi Koreya Prezidenti ilə üçtərəfli görüş keçirəcək.(“Report”)