Xersonun azad edilməsi Ukraynanın mühüm qələbəsidir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
Sallivan Xersondakı qələbənin strateji əhəmiyyətini də izah edib: “Çünki Odessa və Qara dəniz sahili kimi yerlərdə təhlükə əvvəlkinə nisbətən daha az olacaq”.
O vurğulayıb ki, bu, müharibənin sonu deyil, amma vacib məqamdır: “Xersonun azad edilməsi isə ilk növbədə Qərbin dəstəyi və Ukrayna Silahlı Qüvvələrinin məharəti ilə bağlı idi”.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri dünən Xersona daxil olub.