Misirin şimalında yerləşən Dakahlia əyalətində mikroavtobusun aşaraq kanala düşməsi nəticəsində azı 19 nəfər həlak olub.
Bu barədə “Əl-Əhram” qəzeti məlumat yayıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində 10-dan çox sərnişin xəsarət alıb.
Yaxınlıqda olan yerli sakinlər köməyə tələssələr də, avtobusdan yalnız bir neçə nəfər sağ çıxa bilib.
İlkin məlumata görə, qəzaya səbəb sürücünün səhvi olub - o, kəskin döngələrin birində idarəetməni itirib.
Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.("Report")