Kambocada ASEAN sammitləri yekunlaşıb

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - assosiasiyanın rəhbərlik etdiyi mexanizmlər vasitəsilə blok ölkələrinin xarici tərəfdaşlarla dialoq və əməkdaşlığının əsas hərəkətverici qüvvəsidir.


TASS xəbər verir ki, bunu bazar günü Kambocanın baş naziri Hun Sen noyabrın 8-dən 13-dək ASEAN-ın Pnompendə keçirilən 40-cı və 41-ci sammitlərinin, eləcə də əlaqədar tədbirlərin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.


“Son günlər ümumilikdə 16 yüksək səviyyəli görüş keçirilib və biz xarici tərəfdaşlarla əlaqələrimizdə ASEAN-ın mərkəziliyini və dəyərlərini gücləndirmək istiqamətində irəliləyiş yolları ilə bağlı hərtərəfli və səmərəli dialoqa nail olduq. Özü də dünyada mürəkkəb regional və beynəlxalq hadisələrin sürətlə üzləşdiyi bir vaxtda” - Kamboca hökumətinin başçısı bildirib.


O, eyni zamanda bunları da söyləyib: "Biz əlaqələrimizi davam etdirmək və gücləndirmək üçün ASEAN icmasının qurulması və dialoq üzrə tərəfdaşlarımızla əməkdaşlığın tənzimlənməsi mövzusunu əhatə edən 70 yekun sənəd və bəyannaməni təsdiqləmişik".(APA)







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.