Rusiyanı İndoneziyanın Bali adasında keçirilən G20 sammitində təmsil edən XİN başçısı Sergey Lavrov xüsusi mərasimlə - milli rəqs qrupunun ifası və çiçəklərlə qarşılanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, S.Lavrovun sammitdə bir neçə ikitərəfli görüşləri də planlaşdırılır.
Xüsusilə Türkiyə ilə qaz əməkdaşlığının genişləndirilməsi, taxıl və gübrələrin böyük partiyalarının tədarükünün təşkili də daxil olmaqla ərzaq və enerji resursları mövzusunda müzakirələr nəzərdə tutulur.