Ukrayna Prezidenti Vladimir Zelenski yeni azad olunmuş Xersona səfər edib.
Barədə "Reuters" məlumat yayıb.
Ukrayna dövlət başçısı döyüşçülər qarşısında çıxış edəcək. Ukraynanın Avstriyadakı keçmiş səfiri Aleksandr Şerba da "Twitter" hesabında Prezident Zelenskinin Xersona gəldiyini bildirib.
Qeyd edək ki, noyabrın 11-də Ukrayna ordusu Xersona girmişdi. Bu, işğaldan sonra Zelenskinin həmin əraziyə ilk səfəridir.