ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Ankarada Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşüb.
Senzor.az bildirir ki, xarici KİV bu barədə Ağ Ev rəsmisinə istinadən xəbər yayıb.
Onun sözlərinə görə, Börns Ankarada Rusiya Federasiyasından olan həmkarı ilə Ukraynada nizamlanma məsələsini müzakirə etməyib.
CNN isə xəbər verib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Börnslə Narışkin arasında görüşün mövzusu həbsdə olan ABŞ vətəndaşları və nüvə riskləri olub.
Bu arada məlum olub ki, Uilyam Börnslə Sergey Narışkinin Ankaradakı görüşünü Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) təşkil edib.
“Rusiya və Amerika kəşfiyyat rəhbərlərinin Türkiyədə görüşdüyünü təsdiq edirik. MİT-in təşkil etdiyi bu görüş Türkiyə və Prezident Ərdoğanın qlobal sülhə mühüm yeni töhfəsi oldu”, - deyə Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Fəxrəddin Altun bildirib.
Senzor.az