Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.
Məlumatı “Anadolu” yayıb.
Görüş İndoneziyada keçirilən G-20 liderlərinin zirvə toplantısı çərçivəsində baş tutub.
Qeyd edək ki, hazırda İndoneziyanın Bali adasında G-20 liderlərinin IX zirvə toplantısı keçirilir.