İndoneziyanın Bali adasında keçirilən “Böyük iyirmilik” (“G20”) qrupunun sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Böyük Britaniya Baş naziri Rişi Sunakın planlaşdırılan ikitərəfli görüşü ləğv olunub.
“South China Morning Post” qəzeti xəbər verir ki, görüşün ləğvi Polşa ərazisinə 2 raket düşməsi ilə əlaqədar “Böyük yeddilər” (“G7”) qrupuna və NATO-ya daxil olan ölkələrin liderlərinin təcili müzakirələr aparması ilə əlaqədardır.
Qeyd edək ki, Çin və Böyük Britaniya liderləri arasında sonuncu görüş 2018-ci ildə baş tutub. Tərəflər arasında son vaxtlar Honkonq məsələsi də daxil olmaqla bir çox mövzulara görə soyuq münasibət müşahidə olunur.
**10:42
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.
Senzor.az bildirir ki, bu, Böyük Britaniya Baş naziri ilə Çin Xalq Respublikasının Sədri arasında 2018-ci ildən sonra gerçəkləşən ilk görüş olacaq.
G20 (İyirmilik Qrupunun) sammiti zamanı baş tutacaq görüşdə Baş nazir ortaq problemlərin bəzilərini sınamaq və həll etmək üçün əlaqə saxlamağın vacib olduğunu vurğulayacaq.
Həmçinin görüş zamanı Baş nazirin səmimi olacağı və iki ölkə arasındakı problemlərin həll olunması üçün çalışacağı açıqlanıb.