Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Hindistanın daxili işlər naziri Amit Şahın dəvəti ilə bu ölkəyə səfər edəcək Armen Qriqoryan noyabrın 18-19-da Yeni Dehlidə olacaq.
Ermənistan Təhlükəsizlik Şurasının katibi terrorizmin maliyyələşdirilməsi məsələsinə həsr olunmuş konfransda iştirak edəcək.
Səfər zamanı Armen Qriqoryanın bir sıra görüşlər keçirməsi də planlaşdırılır.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan isə bu gün Tunisə işgüzar səfər edəcək.
XİN-dən bildirilib ki, o, səfər çərçivəsində Beynəlxalq Frankofoniya Təşkilatına (OİF) üzv ölkələrin nazirlər səviyyəsində növbəti 43-cü konfransında iştirak edəcək.
Həmçinin səfər çərçivəsində müxtəlif xarici ölkələrin XİN rəhbərləri ilə ikitərəfli görüşlər nəzərdə tutulub.