İranda terror aktı baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə Xuzestan əyalətinin İze bölgəsində - bazarın yanında yaşanıb.
Burada naməlum şəxslər insanlara və polislərə atəş açıblar.
Şahidlərin sözlərinə görə, motosikletlə hərəkət edən həmin şəxslər avtomat silahdan istifadə ediblər.
İlkin məlumata görə, terror aktı nəticəsində 5 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb. Ölənlər arasında polis əməkdaşlarının da olduğu bildirilir.