Qırğızıstan parlamenti bu gün Özbəkistanla sərhəddəki sonuncu mübahisəli ərazi ilə bağlı razılaşma layihəsini qəbul edib.
TASS xəbər verir ki, parlamentarilər iki ölkə XİN başçılarının noyabrın əvvəllərində Kempir-Abad su anbarı ilə bağlı razılaşmanı təsdiq edərək iki ölkə arasında delimitasiya və demarkasiya prosesinə yekun vurub.
Qərarın lehinə 90 deputatdan 60-ı səs verib, 19 deputat əleyhinə çıxıb.
Sərhədlə bağlı sənəd Qırğızıstan və Özbəkistan prezidentləri Sadır Japarov və Şavkat Mirziyoyevin imzasından sonra qüvvəyə minəcək.