Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Məşhur ukraynalı futbolçu Andrey Şevçenko Milli Olimpiya Komitəsinin yeni tərkibini əsas gətirərək, qurumdan çıxdığını açıqlayıb.


Bu barədə Andrey Şevçenko feysbukunda bildirib.


"Ölkə tarixinin ən çətin vaxtında Ukraynanın yanında olmaqdan və qələbəmiz üçün əlimdən gələni etməkdən qürur duyuram. Mən bunu Milli Olimpiya Komitəsində şərəfli iş hesab edirəm, onun əhəmiyyətini anlayıram. Eyni zamanda, mən belə tərkiblə MOK-da qala bilmərəm”, - Şevçenko bildirib.


Onun sözlərinə görə, bütün dünya rusiyalı idmançıların bütün səviyyəli yarışlarda iştirakını boykot edərkən, Ukrayna MOK-un tərkibinə rusiyayönlü siyasi qruplardan olan şəxslər daxildir.


Qeyd edək ki, Andrey Şevçenko futbolçu karyerası ərzində Kiyev "Dinamo"sunun, İngiltərənin "Çelsi" və İtaliyanın "Milan" klublarının şərəfini qoruyub. 1995-ci ildən əsas yığmaya dəvət alan hücumçu 17 il millinin uğuru üçün çalışıb. 2012-ci ildə Şevçenko futbolçu karyerasını başa vurduğunu açıqlayıb.("Report")






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.