ABŞ-ın vitse-prezidenti Çin liderinə çağırış etdi

ABŞ-ın vitse-prezidenti Kamala Harris ABŞ-ın vitse-prezidenti Kamal Harris Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı forumu çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə qısa görüş keçirib və o, iki ölkə arasında açıq ünsiyyətə çağırıb.


Bu barədə “Reuters” Ağ evə istinadən məlumat yayıb. Kamala Harris ÇXR liderinə Vaşinqton və Pekin arasında açıq kommunikasiya kanallarının saxlanmasının vacibliyini bildirib.


Qeyd edək ki, İndoneziyanın Bali əyalətində ABŞ Prezidenti Cozef Baydenlə Çinin sədri Si Cinpin arasında G20 sammiti çərçivəsində ilk görüş keçirilib.


Ağ Evdən bildirilib ki, Bayden Si Cinpinə ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini söyləyib. ABŞ və Çin rəhbərləri razılaşıblar ki, nüvə müharibəsi heç vaxt aparılmamalıdır və bu müharibədə qalib olmur. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə də qarşı çıxıblar.


Çin Xarici İşlər Nazirliyi isə bildirib ki, Si Cinpin Baydenə Tayvanın müstəqilliyinin mümkünsüzlüyünə işarə edib. ÇXR rəhbəri, həmçinin bildirib ki, Ukrayna böhranının həlli üçün beynəlxalq birlik bir sıra şərtləri yerinə yetirməlidir.


Məlumat üçün bildirək ki, ÇXR-in sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında görüş üç saat yarımdan çox davam edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.