Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
Senzor.az bildirir ki, dövlət başçısı postu uğrunda 6 nəfər, o cümlədən hazırkı Prezident Kasım-Jomart Tokayev mübarizə aparır.
Yeri gəlmişkən, bu il dövlət başçısı 7 il müddətinə seçiləcək, qalib isə yalnız bir dəfə seçilə bilər. Əvvəllər prezident mandatının müddəti beş il idi və dövlət başçısı ardıcıl iki dəfə seçilə bilərdi.
Bu arada Qazaxıstanın Seysmik Stansiyalar Şəbəkəsi bazar günü yerli vaxtla saat 09:21-də (Bakı vaxtı ilə 07:21) ölkənin cənubunda 5,7 bal gücündə zəlzələ qeydə alıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi Seysmoloji eksperimental-metodiki ekspedisiyasının məlumatına görə, zəlzələnin episentri Almatıdan 273 km şimal-şərqdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.